38dfe158-904d-4161-9bc3-2bcf0bdab0c5..jpg

Bakıda təşkil edilən kəmər güləşi üzrə Avropa çempionatı ilə bağlı görüş keçirildi

Baxış sayı: 739 dəfə baxılıb.

Bakıda təşkil edilən kəmər güləşi üzrə Avropa çempionatı ilə bağlı görüş
keçirildi

Azərbaycanın ev sahibliyi etdiyi kəmər güləşi üzrə 3-cü Avropa çempionatı ilə
bağlı məşqçi və ölkələrin nümayəndə heyətinin görüşü keçirilib.

“Report”un məlumatına görə, tədbir qitə birinciliyinin təşkil olunduğu Milli
Gimnastika Arenasında baş tutub.

Görüşdə yarışın təşkilatçıları olan Gənclər və İdman Nazirliyinin, Beynəlxalq
Kəmər Güləşi Federasiyasının, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının
(AMİNA), Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri, həmçinin,
təmsilçi komandaların rəsmiləri iştirak ediblər.

Tədbirdə çıxış edən müxtəlif federasiyaların prezidentləri, nümayəndələri,
məşqçiləri və hakimlər təşkilatçılıqdan razılıq bildirib, iştirakçılara uğurlar
arzulayıblar.

Qeyd edək ki, bu gün startı verilən Avropa çempionatı oktyabrın 4-dək davam
edəcək.

Source link