Bakıda taksi evakuatora çırpıldı: Ölən və yaralananlar var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib, bir nəfər
ölüb.
APA xəbər verir ki, hadisə Binə dairəsində qeydə alınıb.
Belə ki, taksi kimi fəaliyyət göstərən sürücü idarə etdiyi “Toyota” markalı
maşında diqqətsizlikdən sükana nəzarəti itirib.
Nəticədə maşını eyni istiqamətdə hərəkətdə olan evakuatora çırpıb.
Zərbə nəticəsində avtomobildə olan sərnişin 2001-ci il təvəllüdlü Ramilə Ramil
qızı Əlizadə hadisə yerində dünyasını dəyişib.
Sürücü və digər sərnişin ağır bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə
yerləşdirilib.
Sərnişin R.Əlizadənin meyiti morqa təhvil verilib.
Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.