8dda6925-af2f-4581-88d6-c46a0f06d230..jpg

Bakıda tamah məqsədilə qətl: Cinayət işi məhkəməyə göndərildi

Baxış sayı: 629 dəfə baxılıb.

Bakıda tamah məqsədilə qətl: Cinayət işi məhkəməyə göndərildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində Zamiq Cabbarovun
öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı
tamamlanıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aparılmış istintaqla Elvin Əsədovun tanışı Zamiq Cabbarova olan
pul borcunu ödəməkdən yayınmaq və qisas almaq məqsədilə Nəsimi rayonunun
Cavadxan küçəsi ərazisində sonuncuya bıçaqla xəsarətlər yetirərək qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elvin Əsədova Cinayət Məcəlləsinin tamah məqsədilə
qəsdən adam öldürmə maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin
vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon
prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Source link