6128b2dc-d440-4235-afdb-2b6caa40c084..jpg

Bakıda tanınmamaq üçün parik taxan oğru ələ keçdi – FOTO/VİDEO

Baxış sayı: 742 dəfə baxılıb.

Bakıda tanınmamaq üçün parik taxan oğru ələ keçdi – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Sabunçu rayonu ərazisində naməlum şəxs müxtəlif vaxtlarda 15
vətəndaşın evini talayaraq pul, qızıl-zinət və digər qiymətli əşyaları ələ
keçirib.

Bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri
əməliyyatlarla hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum
olunmuş Şamo Əhmədov saxlanılıb. Dindirmə zamanı saxlanılan şəxsin evləri
talayarkən kimliyini gizli saxlamaq üçün süni taxma saçdan (parik) istifadə
etdiyi də müəyyən olunub. Ş.Əhmədov oğurladığı zinət əşyalarını satdığını
bildirib.

Digər bir oğurluq hadisəsi isə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə
ərazisində yerləşən istixanaların birindən 10 000 manat dəyərində
transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat
qurğusunun oğurlanması barədə 14-cü Polis Şöbəsinə məlumat daxil olub.
Keçirilən tədbirlərlə oğurluq əməlini törədən Orxan Rüstəmov, əvvəllər
dəfələrlə məhkum olunanlar – Rafiq Cəfərov və Elmar Xıdırov saxlanılıblar.
Hadisələrin təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir.


Source link