2c01dae4-0ec9-4152-9a05-d327d30ce694..jpg

Bakıda tanınmış bloqerin restoranında baş verən bıçaqlanma ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

Baxış sayı: 544 dəfə baxılıb.

Bakıda tanınmış bloqerin restoranında baş verən bıçaqlanma ilə bağlı RƏSMİ
AÇIQLAMA – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında bıçaqlanma ilə
nəticələnən dava düşüb.

DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev Cixisyolu.com-a
açıqlamasında bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında
ərazi üzrə polis orqanında araşdırma aparılır:

“Əlavə məlumat veriləcək”.

08:38

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

APA xəbər verir ki, hadisə “Papaq” restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Aqil Anar oğlu Yaqubov restoranda qardaşı ilə
mübahisə edən şəxslərlə əlbəyaxa olub. Həmin vaxt o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış
bloqer olan Hüseyn Əzizoğludur.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Şöbəsinin əməkdaşları
araşdırırlar.

Source link