3748cf54-58bd-43ec-ab4c-0a7b217f57bd..jpg

Bakıda tanış olduğu “qadın”la kinoya getmək istəyi kişiyə baha başa gəldi

Baxış sayı: 744 dəfə baxılıb.

Bakıda tanış olduğu “qadın”la kinoya getmək istəyi kişiyə baha başa gəldi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda kişi sosial şəbəkədə dələduzluqla üzləşib.

Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, bir kişi tanışlıq proqramında qadınla tanış olub. Qarşı tərəf ona
kinoya getməyi təklif edib və bilet almaq üçün link göndərib. Kişi də həmin
linkə daxil olub və özünün bütün bank kartı məlumatlarını əlavə edib. Nəticədə
tanış olduğu “qadın” onun 1 750 manatını ələ keçirib.

DİN bu barədə bir daha vətəndaşlara müraciət edərək, kart məlumatlarını sirr
saxlamağı, kiməsə etibar etməməyi tövsiyə edib. Bildirilib ki, belə halla
üzləşdikdə isə dərhal polisə məlumat verin.

Source link