Bakı Ağır Cinayətlər Məhkəməsində Ağsu rayon sakini Sabit Bağırovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu il mayın 23-də Babək prospektindəki kafelərdən birinin qarşısından Bakı şəhər sakini Valeh Heydərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada kəskin qanitirmədən keçinib.
Həmin gün Nizami RPİ 23-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən Sabit Bağırovu saxlayıblar.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Xatırladaq ki, ötən prosesdə prokuror S.Bağırova 11 il cəza təyin edilməsini xahiş edib.