22d7f774-3dd8-4f84-a591-80bbb2939c73..jpg

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Baxış sayı: 1. 049 dəfə baxılıb.

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən İlham Xanlarova hökm oxunub
və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində
hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, 19 yaşlı İ.Xanlarov şəxsi münasibətlər zəminində Sübhan Cəfərovu
qətlə yetirib.

İ.Xanlarova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi
ilə ittiham irəli sürülüb.

Source link