7504e505-ea6e-4136-ba6f-e268a155e6d7..jpg

Bakıda tarixi abidəyə müdaxilə edən obyekt sahibi ilə bağlı qurumdan AÇIQLAMA

Baxış sayı: 757 dəfə baxılıb.

Bakıda tarixi abidəyə müdaxilə edən obyekt sahibi ilə bağlı qurumdan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda tarixi memarlıq abidəsinə müdaxilə edilib.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı fotolar sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, paytaxtın Yasamal rayonu ərazisində olan memarlıq abidəsinin fasad
hissəsinə müdaxilə edilib.

Yaranan görüntü insanların narazılığına səbəb olub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət XidmətindənCixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib
ki, bu kimi halların qarşısını almaq üçün tədbirlər görülür:

“Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən 3551 inventar
nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin fasad hissəsinə müdaxilə faktı
barədə məlumatımız var. Şəhərin bir çox yerində abidələrə uzun illər ərzində bu
cür müdaxilələr olunub. Belə halların qarşısının alınması üçün mütəmadi
tədbirlər görülür.

Qeyd olunan ünvanda yerləşən abidədə fəaliyyət göstərən obyekt sahibinə də
müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub”.

Nəzrin Vahid

Source link