73d0805a-c37b-47bb-b19f-c273d6582d37..jpg

Bakıda tarixi bina bərpa edilib – FOTO

Baxış sayı: 502 dəfə baxılıb.

Bakıda tarixi bina bərpa edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yerləşən tarixi bina bərpa edilib.

Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat
verilib.

Bildirilib ki, 2023-cü ildə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət
abidəsi olan paytaxtın Ə.Əliyev küçəsi 1 ünvanında yerləşən binanın fasadının
karniz hissələrində bərpa işləri aparılıb.

Qeyd olunub ki, tarixi binanın karniz hissəsində atmosfer təsirləri
nəticəsində piyadalar üçün təhlükə yarada biləcək xırda daş parçalarının,
karnizin və kronşteynlərin tökülmə təhlükəsinin qarşısını almaq üçün bərpa
işlərinin aparılması üçün zərurət yaranıb. Bərpa nəticəsində təhlükəli daşlar
təmizlənərək bərkidilib, kronşteynlərdə olan nəbati naxışlar xüsusi əhəng
məhlulları ilə bərpa edilib, daşları bərkidilib, metal hissələr qoruyucu
qatlarla örtülüb.

Nəticədə tarixi bina ilkin vəziyyətə qaytarılıb.

Source link