Bakıda tarixi binaya müdaxilə edilir – Memardan ETİRAZ + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bakıda, Neftçilər prospekti, 65 ünvanındakı binanın fasadının ağardılması
tarixi binaya müdaxilə etmək deməkdir”.
Bunu Cixisyolu.com-a açıqlamasında memarlıq üzrə elmlər doktoru, professor Elçin
Əliyev deyib.
O qeyd edib ki, tarixi binanın fasadının laqunda vasitəsilə ağardılması
yolverilməzdir:
“Təəssüf ki, heç bir aidiyyəti qurum məsələyə diqqət ayırmır. Bu sahədə kimsə
işləməlidir axı. Cəmiyyətdə memarlıq abidələri haqqında danışılır, müzakirələr
gedir, amma heç nə dəyişmir”.
Professor qeyd edib ki, son 3-4 ildə Bakıda fasadların bu cür ağardılmasına
rast gəlinmirdi.
“Bu gün biz görürük ki, şəhərin mərkəzində köhnə laqundalarla fasadı əvvəllər
necə təmizləyirdilərsə, o cür də davam edirlər. Əslində, son 3-4 ildə Bakıda
belə etmirdilər. İndi yenə başlayıblar. Demək ki, yenə nəzarətsizlikdir”, –
deyə memar bildirib.
Qeyd edək ki, sözügedən bina 1906-1907-ci illərdə tikilmiş Əmiraslanovların
evidir. Bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.
Əzizə İsmayılova