Bakıda “telefon terrorçusu”nun məhkəməsi başlayıb

Bakıda “telefon terrorçusu”nun məhkəməsi başlayıb

Baxış sayı: 7. 807 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Elmar Qasımovun Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ittiham aktına əsasən, bu il yanvarın 2-də, saat 22:00 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki hotellərdən birinə bomba qoyulması barədə məlumat verib.

Məlumat əsasında hadisə yerinə FHN və polis əməkdaşları cəlb olunub. Araşdırma zamanı məlumat təsdiqini tapmayıb. 

Həmin gün isti izlərlə Bakı ş. Baş Polis İdarəsi (BPİ) və Səbail RPİ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri ilə partlayıcı qurğu qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Elmar Qasımov müəyyən edilərək saxlanılıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

İş üzrə baxış ayın 27-ə təyin edilib.

www.ÇıxışYolu.Com