5d546f88-7228-4089-8d30-854480b1f888..jpg

Bakıda tikinti şirkəti sakinləri sənədsiz qoydu: “Pul aldılar, amma çıxarış vermədilər” – VİDEO

Baxış sayı: 471 dəfə baxılıb.

Bakıda tikinti şirkəti sakinləri sənədsiz qoydu: “Pul aldılar, amma çıxarış
vermədilər” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Nizami rayonu, Mehdi Abbasov küçəsindəki sakinlər tikinti
şirkətindən şikayətçidirlər.

Onların sözlərinə görə, artıq beş ildir ki, bina təhvil verilsə də, onlar hələ
də mənzillərinə çıxarış ala bilməyiblər:

“Çıxarışlarımız verilmir. Heç kim bu binada qeydiyyata düşə bilməyib.
İnsanları aldadıb, çıxarış adı ilə 170 manat aldılar. Nə sənədi, nə də
pullarımızı qaytarmırlar. Binamız isə bərbad vəziyyətdədir”.

Məsələ ilə bağlı tikinti şirkətinin nümayəndəsi İlqar Bayramov bildirib ki,
problem tezliklə həllini tapacaq, sakinlərə çıxarışları veriləcək.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link