4a3b533d-6ad8-4a2b-b9ad-b3cd8622fffb..jpg

Bakıda tikinti şirkətindən 20 min manatlıq oğurluq olub

Baxış sayı: 544 dəfə baxılıb.

Bakıda tikinti şirkətindən 20 min manatlıq oğurluq olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayonu ərazisindəki tikinti şirkətlərinin birindən cari ilin
iyul-oktyabr ayları ərzində 20 000 manat dəyərində armaturun oğurlanması barədə
polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi
əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində
şübhəli bilinən paytaxt sakini N.Bayramov, E.Neymətov, əvvəllər soyğunçuluq və
narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar E.Nəcəfov və
S.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Source link