Bakıda Till Lindemannın kitabının imza günü keçirildi – FOTO

Bakıda Till Lindemannın kitabının imza günü keçirildi – FOTO

Baxış sayı: 2. 816 dəfə baxılıb.

Bakıda Till Lindemannın kitabının imza günü keçirildi – FOTO

Əfsanəvi “Rammstein” qrupunun solistinin Bakıya gələcəyi barədə xəbər hələ ötən həftə yayılmışdı. Lindemann Bakıya “Səssiz bir gecədə. Lirika” kitabının imza gününü keçirmək üçün gəlməli idi.

Oxu.Az xəbər verir ki, bu gün Bakı Kitab Mərkəzində imza günü baş tutub.

Till Lindemannın görüşünə qatılmaq üçün kitab mərkəzindən onun kitabını almaq lazım idi. Kitabın qiyməti 25 manatdır.

Mərkəz işçiləri qeyri-rəsmi söhbətdə bildiriblər ki, satış çox yüksək səviyyədə olub. Bunu mərkəzdə toplaşan fanatların sayına əsasən müəyyən etmək mümkün olub.

Görüşə bir saat qalmış mərkəzdə növbə yaranıb. Növbədə 18 yaşdan 40 yaşa qədər insanları görmək mümkün olub. Bir müddət sonra fanatlar ikinci mərtəbəyə dəvət olunublar.

İkinci mərtəbədə cangüdənlər və menecerlərin əhatəsində Till Lindemann kitabları imzalayıb. Beləliklə, əfsanəvi “Rammstein” qrupunun solisti Till Lindemannın imza günü başa çatıb. Qeyd edək ki, onun daha iki şeir kitabı var: “Bıçaq” və “Səssiz gecələrə doğru”. Sonuncu kitab 2013-cü ildə nəşr olunub.

Cavid Osmanov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!