Bakıda tıxac problemini aradan qaldırmaq üçün nəzərdə tutulan layihənin icrası
təxirə salındı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının əsas yollarından birində tıxac problemini aradan qaldırmaq üçün
nəzərdə tutulan layihənin icrasının vaxtı dəyişdirilib.
Söhbət Babək prospektindən və Yusif Səfərov küçəsindən Heydər Əliyev
prospektinə uzanan yoldan gedir.
Sürücülər bu yolda uzun müddət tıxacda qaldıqları üçün yolun genişləndirilməsi
nəzərdə tutulmuşdur. Hətta parkın olduğu ərazi hasarlanmışdır. İki ay bağlı
qalan park bu gün yenidən açılıb. “Lalə” parkında yaşıllaşdırma işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin
əməkdaşlarından öyrəndik ki, yol çəklişinin layihə olaraq icrası payıza qədər
təxirə düşüb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət
etdik.
Agentlikdən “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirildi ki, ərazidə
tıxacın azaldılması və nəqliyyat axınının sabitlənməsi məqsədilə yeni layihə
icra ediləcək: “Bununla bağlı Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən yeni
layihə hazırlanıb və yaxın vaxtlarda ərazidə işlərə başlanılacaq. Layihənin
nədən ibarət olması da həmin vaxt ictimaiyyətə açıqlanacaq”.
Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyətindən də faktı
təsdiqlədilər.
Qeyd olundu ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tərəfindən hər
iki quruma müraciət olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: