16141ad2-c13b-4f62-8598-af76558da077..jpg

Bakıda “tor”a düşən 13 gəncin adına bir milyon manata yaxın borc bildirişi gəldi – VİDEO

Baxış sayı: 980 dəfə baxılıb.

Bakıda “tor”a düşən 13 gəncin adına bir milyon manata yaxın borc bildirişi
gəldi – VİDEO

Bakıda bir məhəllədə yaşayan 13 gəncin 1 milyon manata yaxın vergi borcu
yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər
adlanan ərazidə yerləşən məhəllənin gəncləri dələduzların qurbanı olduqlarını
iddia edirlər.

Onlar 20-30 manat qarşılığında bir neçə sənədə imza atmaqla üzərlərinə külli
miqdarda vergi borcu yığıblar. Beləliklə, gənclərin adına 902 min manatdan çox
borc gəlib.

Elçin Musayev adlı gənc iddia edir ki, adına 5 şirkət və 228 min manat borc
var.

Gənclər aldadıldıqlarını 1 il sonra ünvanlarına gələn məktub sayəsində
öyrəniblər.

Onları bu işə yönəldən isə Cəlil Hüseynzadə adlı gənc olub. Lakin o özü də
dələduzların qurbanı olub.

Günahlandırılan şəxs Elnur Şahgəldiyev isə sadəcə vasitəçi olduğunu bildirdi.
Onun sözlərinə görə, nə pul verib sənəd imzalayanları tanıyır, nə də pul alıb
sənəd imzalatdıranları.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, məsələ ilə əlaqədar gənclərin
müraciəti qeydə alınıb və hazırda araşdırma aparılır.

Daha ətraflı süjetdə:


Source link