37f9e4ea-3b80-41ff-a02f-dad162699cf0..jpg

Bakıda torpağın bir sotu yarım milyon manata satılır? – İDDİA + VİDEO

Baxış sayı: 461 dəfə baxılıb.

Bakıda torpağın bir sotu yarım milyon manata satılır? – İDDİA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda torpağın bir sotunun yarım milyon manata satıldığı ərazilər var.

Xezerxeber.az-ın məlumatına görə, ən bahalı torpaq sahələri Səbail, Nərimanov,
Nəsimi və Yasamal rayonlarının mərkəzə doğru hissələrindədir.

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda həmin ərazilərdə,
xüsusilə yol kənarlarında, qeyri-yaşayış obyekti üçün yararlı torpaq
sahələrinin qiyməti kəskin artmaqdadır.

Bununla belə, Bakıətrafı kənd və qəsəbələrdə, həmçinin Abşeron ərazisində
kifayət qədər ucuz qiymətə satışa çıxarılan ərazilər də var. Sözügedən
ərazilərdə torpaqların qiymətləri iki min manatdan başlayır, 20 min manata
qədər təklif edilir. Belə torpaq sahələrini əsasən Sabunçu, Binəqədi, Suraxanı,
Qaradağ rayonlarında tapmaq mümkündür.

Qeyd edilib ki, yaxın illər ərzində torpaq sahələrinin ucuzlaşacağı
gözlənilmir. Əksinə, ildən-ilə qiymətlər yüksəlir.

Ətraflı süjetdə:


Source link