da0997c9-15a6-46d1-9e23-1fa70ad686e5.webp

Bakıda torpağın qiyməti kəskin ARTDI

Baxış sayı: 141 dəfə baxılıb.

Paytaxtda qiyməti onmilyonlarla manat olan torpaq sahələri satışa çıxarılıb.

Elan saytlarına nəzər salanda məlum olur ki, “Ağ Şəhər” ərazisində bir sotu
195 min manat olan torpaq sahəsinin ümumi qiyməti 39 milyon manatdır. Həmçinin
metronun “Nəriman Nərimanov” stansiyasına yaxın ərazidə satışa çıxarılan torpaq
sahəsinin bir sotu 781 min manat, ümumi qiyməti 25 milyon manatdır.

Eyni zamanda “Şah İsmayıl Xətai” stansiyasının yaxınlığındakı torpaq sahəsinin
bir sotu 104 min manat, ümumi qiyməti isə 25 milyon manatdır.

Dəyəri onmilyonlarla manat olan torpaq sahələri mərkəzdən kənar ərazilərdə də
mövcuddur.

Belə ki, Şıxov və Xocəsən qəsəbələrində qiyməti 25 milyon, Lökbatanda 22
milyon, Buzovnada 21 milyon, Mərdəkanda 20 milyon manata satışa çıxarılan
torpaq sahələrinə rast gəlmək mümkündür.

Ekspert Elnur Fərzəliyev deyir ki, qiymətlərin yüksək olması yaşayış və
qeyri-yaşayış sahələrinin tikintisinə yararlı torpaqların azlığı ilə
əlaqədardır:

“Xüsusən də yolkənarı, qeyri-yaşayış obyektləri üçün yararlı torpaq
sahələrinin satış qiymətlərində kəskin artımlar müşahidə olunur. Qiymət
dəyişimi yerləşdiyi ərazidən və ümumi torpaq sahəsindən asılıdır. Hazırda
paytaxtda çoxmənzilli binaların inşası üçün torpaq sahələri məhdud və
qiymətlərin yüksək olması səbəbindən tikinti şirkətləri daha çox pilot
layihələr üzərindən qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarını
sökərək onların üzərində yeni hündürmərtəbəli binalar inşa edirlər”.

Ekspert hesab edir ki, bəzi ərazilərdə qiymətlər sabit qalsa da, ümumilikdə
tikintiyə yararlı torpaq sahələrinin bahalaşması davam edəcək.

Ətraflı Baku TV-nin süjetində:

Bakıda torpağın qiyməti kəskin ARTDI
Bakıda torpağın qiyməti kəskin ARTDI

Source link