Bakıda turistlər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

Bakıda turistlər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

Baxış sayı: 3. 602 dəfə baxılıb.

Sabah Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və “PASHA Travel” şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartını yaratmaq məqsədilə memorandumun imzalama mərasimi keçirələcək.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Milli Turizm Təbliğat Bürosundan məlumat verilib.

Bürodan bildirilib ki, Bakıda turistlər üçün pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə etmək imkanı verən kartlar hazırlanıb.

“Baku Card” Bakı şəhərini tanıdacaq və ölkəmizə səfər edən turistlərin daha da çox maraq oyatmasına səbəb olacaq yeni bir məhsuldur.

“Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər.

Kartları xüsusi köşklərdən və onlayn qaydada almaq mümkün olacaq.

Memorandum Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli və “PASHA Travel” şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid tərəfindən imzalanacaq.

.
www.ÇıxışYolu.Com