Bakıda turizm sərgisi keçiriləcək

Bakıda turizm sərgisi keçiriləcək

Baxış sayı: 3. 655 dəfə baxılıb.

Aprelin 4-7-də Bakıda XVII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisi keçiriləcək.

ÇıxışYolu.Com Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, sərginin açılışında Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili iştirak edəcək. 

Səfər çərçivəsində Zurab Pololikaşvilinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə, habelə digər dövlət rəsmiləri ilə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Görüş zamanı Azərbaycan və Ümumdünya Turizm Təşkilatı (ÜTT) arasında turizm sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı və genişlənməsi məsələləri müzakirə ediləcək.

.
www.ÇıxışYolu.Com