dc10f19a-869f-4933-bfd7-e367b4a47fdb..jpg

Bakıda Türkiyəyə göndərilən yardımla əlaqədar İZDİHAM YAŞANDI – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 802 dəfə baxılıb.

Bakıda Türkiyəyə göndərilən yardımla əlaqədar İZDİHAM YAŞANDI – YENİLƏNİB +
FOTO/VİDEO

Azərbaycandan Türkiyəyə yardımla bağlı edilən elanın ardından izdiham yaşanıb.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bu gün Türkiyəyə yardımla bağlı elan edilən kampaniyaya qoşulmaq istəyən
yüzlərlə insan yardım toplama məntəqəsinə – paytaxtın Babək prospekti, 27
ünvanında yerləşən “Doğtaş” mebel mağazasına axın edib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da sosial şəbəkə hesabındakı
paylaşımında Türkiyəyə yardım edən azərbaycanlılara təşəkkür edib.

An itibariyle Bakü
📍

“Acınız acımızdır” diyerek yardım getiren ve 7.tırı yola salıp 8. tır’ı
hazırlayan gönüllü kardeşlerimiz.👏❤️

Sağolun varolun.#Bizbirliktedahagüçlüyüz

🇹🇷🤝🇦🇿pic.twitter.com/L4cFlHwDwb
— Cahit Bağcı (@cahitbagci) February 7, 2023

Qeyd edək ki, davam edən yardım kampaniyasına zəruri ehtiyacların toplandığı
yüzlərlə qutu hazırlanıb.

17:33

Bu gün Türkiyəyə yardımla bağlı elan edilən kampaniyaya qoşulmaq istəyən
minlərlə insan yardım toplama məntəqəsinə axın edib.

Cixisyolu.com xəbər verir ki, paytaxtın Babək prospekti, 27 ünvanında yerləşən
“Doğtaş” mebel mağazasında davam edən yardım kampaniyasına zəruri ehtiyacların
toplandığı yüzlərlə qutu hazırlanıb.

PhotoStock.Az-ın əməkdaşının yardım kampaniyası ilə bağlı ərazidən hazırladığı
reportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock

14:46

Türkiyədə baş verən zəlzələ nəticəsində küçələrdə qalan əhaliyə kömək məqsədi
ilə Azərbaycanda yardım kampaniyaları başlanılıb.

Cixisyolu.com sosial şəbəkələrdə istinad xəbər verir ki, yardım toplama məntəqəsi
Bakı şəhəri, Babək prospekti, 27 ünvanında yerləşən “Doğtaş” mebel mağazasında
yerləşir.

Sosial şəbəkə üzərində yardım kampaniyasına dəstək olmaq istəyən şəxslər qış
paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, corablar və s. əşyaları mebel
salonuna gətirərək təhvil verə bilərlər.

Eyni zamanda məntəqəyə çadır, yorğan, döşək, fənər, generator, poverbank,
təmizlik alətləri və s. istifadəyə yararlı əşyalar gətirmək olar.

Qeyd edək ki, ötən gün Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən
zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət
edib. Diplomatik nümayəndəlikdən bildirilib ki, zərərçəkənlərin əsasən qış
paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.


Source link