Bakıda üç minlik quldurluq

Bakıda üç minlik quldurluq

Baxış sayı: 3. 806 dəfə baxılıb.

Aprelin 4-də Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət edən Məhəmmədi qəsəbə sakini T.Həşimov həmin gün saat 1:00 radələrində qəsəbə ərazisində dörd naməlum şəxs tərəfindən döyüldüyünü və bıçaqla hədələnərək 3000 manatının alındığını bildirib.

DİN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa zamanda quldurluğu törətməkdə şübhəli bilinənləri müəyyən edərək “isti izlər”lə saxlayıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Cavanşir Şirinov, Həmid Allahverdiyev, Murad Əliyev və əvvəllər məhkum olunmuş Ceyhun İsmayılov olduqları müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

.
www.ÇıxışYolu.Com