e3b8e4f1-fa68-489f-8b8f-e835b1f62941..jpg

Bakıda üç nəfərin sağlamlığına qəsdən ağır zərər vurmada təqsirləndirilənlərə hökm oxunub

Baxış sayı: 759 dəfə baxılıb.

Bakıda üç nəfərin sağlamlığına qəsdən ağır zərər vurmada təqsirləndirilənlərə
hökm oxunub

Bakıda 3 nəfərin sağlamlığına qəsdən ağır zərər vurmada təqsirləndirilən Ayxan
Məmişova, Niyazi Hacıxanova və Əlizamin Əliyevə hökm oxunub.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Məhkəmənin qərarı ilə N.Hacıxanov 7 il 6 ay, A.Məmişov və Ə.Əliyevin hər biri
isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs
olunublar.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Nərimanov rayonu
ərazisində baş verib.

Belə ki, təqsirləndirilən şəxslərlə paytaxt sakinləri – İdris Ağabalayev,
Yasin Rzayev və Elməddin Sadıqov arasında siqaret üstündə insident baş verib və
sonradan bu, davaya çevrilib.

Dava zamanı zərərçəkmişlərdən Elməddin Sadıqovun gözünə ağır xəsarət yetirilib
və o, görmə qabiliyyətini itirib.

Faktla bağlı polis A.Məmişov, N.Hacıxanov və Ə.Əliyevi saxlayıb.

N.Hacıxanova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa zərər
vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə), A.Məmişov və Ə.Əliyevə
qarşı isə CM-in 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə
ittiham irəli sürülüb.

Source link