Bakıda uşaq bağçasının sahibi ətrafdakı ağacları kəsdi
Bakı şəhərinin Nəsimi rayonu və Tovuz rayonunun Koxanəbi kəndi ərazisində
ağacların kəsildiyi müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki,
araşdırma zamanı Nəsimi rayonu, Ənvər İsmayılov küçəsi, “Yaşıl Ada” uşaq
bağçasının ətrafındakı ağacların bağçanın sahibi Oktay Abutalıbov, Tovuz
rayonunun Koxanəbi kəndi ərazisindəki ağacların isə kənd sakini Binnət Hüseynov
tərəfindən kəsildiyi məlum olub:
“Faktlarla bağlı akt tərtib edilib və hər bir fakt üzrə yaşıllıqlara dəymiş
ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi
üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna
göndərilib”.