Bakıda uşaq bezləri, mürəbbələr və bahalı itlər oğurlandı

Bakıda uşaq bezləri, mürəbbələr və bahalı itlər oğurlandı

Baxış sayı: 2. 688 dəfə baxılıb.

Bakıda uşaq bezləri, mürəbbələr və bahalı itlər oğurlandı

Geridə qoyduğumuz günlərdə paytaxtda qeyri-adi oğurluq hadisələri qeydə alınıb.

Bakı sakini bir illik uşaq bezi tədarükü görüb, ancaq bunu qanunsuz yolla edib.

Xətai rayon Polis İdarəsindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Qaçaq Nəbi küçəsində yerləşən aptekin sahibi, 19 yaşlı satıcısını oğruluqda ittiham edib.

Sonuncu 700 manat məbləğində uşaq bezi və tibbi preparatların talan edilməsində şübhəli bilinir. Aptek sahibinə dəymiş ziyan hələ tam dəqiqləşdirilməyib.

Faktla bağlı araşdırma aparılır. Aptek satıcısının törədilən oğurluq əməlində iştirak edib-etmədiyi yoxlanılır.

Bu arada, Xətai rayonunda başqa bir qeyri-adi oğurluq hadisəsi qeydə alınıb. Mayın 20-nə keçən gecə naməlum şəxs Rəhimov küçəsində yaşayan 63 yaşlı Mehriban Eyvazovanın mənzilinə qapının kilidini açmaq yolu ilə daxil olaraq, içəridə olan bütün mürəbbə tədarükünü və bir neçə cüt kişi ayaqqabısını oğurlayıb.

Qeyd edək ki, bu, mürəbbə oğurluğu ilə bağlı qeydə alınan ilk hal deyil. 2016-cı ilin aprel ayında Ramananın “Südçülük” sovxozu sakini N.Abbasovdan müxtəlif çeşiddə olan 96 qab mürəbbə oğurlanmışdı.

Binəqədi rayonunda isə Xocasan qəsəbə sakini, 32 yaşlı Ceyhun Zalovun, əslində, mülkünü qorumalı olan iki çoban iti oğurlanıb. Maraqlıdır ki, itlərin oğurlanması gündüz vaxtı, 10:00-dan 12:00-a qədər olan vaxt kəsiyində həyata keçirilib. Çoban itlərinin bazar qiyməti 1000-1700 manat arasında dəyişir.