Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında sentyabrın 9-da gecə saatlarından etibarən zəif toz dumanının olacağı proqnozlaşdırılır.
Nazirliyin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən xəbərə görə, buna səbəb ölkə ərazisində əsən şimal-qərb küləyinin şimal-şərq küləyi ilə əvəz olunması nəticəsində Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.
Belə tozlu hava şəraitinin qısa müddət ərzində davam edəcəyi gözlənilir.