1a2835cc-b0ba-4267-ad1f-c842ec830ed5..jpg

Bakıda vətəndaşı döyməkdə təqsirləndirilən dostların cinayət işinin bəzi detalları məlum olub – FOTO

Baxış sayı: 553 dəfə baxılıb.

Bakıda vətəndaşı döyməkdə təqsirləndirilən dostların cinayət işinin bəzi
detalları məlum olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda vətəndaşı döyərək xuliqanlıq etməkdə təqsirləndirilən dostların
məhkəməsi başlayıb.

“Report”un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Kəngərli ittiham
aktını elan edib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Nihad Xəlilov ötən ilin
avqustun 12-si gecə saat üçdə tanışları Neman Əfkarov, Ramil Dadaşov və Fuad
Haqverdiyevlə birlikdə silah qismində istifadə olunan əşyadan istifadə etməklə
vətəndaşa qarşı zor tətbiq edərək, xuliqanlıq etmiş və zərərçəkmiş şəxsin
həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurublar.

Belə ki, zərərçəkmiş Mirəhməd Sadıxov Ramil Dadaşovla mobil telefonla danışan
zaman sonuncunun ünvanına nalayıq ifadələr işlətdiyi üçün Mirəhməd Sadıxovla
Şıxovda yerləşən “Dostluq” restoranının yaxınlığında görüş təyin edib.

Yuxarıda adları qeyd edilən dostlar bir qrup şəxs halında birləşib Mirəhmədin
Ramil Dadaşovun ünvanına nalayiq ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə
edib hadisə yerinə gediblər.

Əvvəlcə Ramil Mirəhməd Sadıxovu ayağı ilə yerə yıxdıqdan sonra o, silah
qismində istifadə etdiyi bita ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vuraraq
qəsdən sağlamlığa ağır zərər vurub, daha sonra Neman Əfkarov bıçağın arxa
hissəsi ilə yerdə uzanıqlı vəziyyətdə olan Mirəhməd Sadıxovun baş nahiyəsinə
qəsdən yüngül xəsarət yetirib.

Daha sonra isə Fuad Haqverdiyev Nemanın əlində olan bıçağı alaraq silah
qismində istifadə etməklə eyni vəziyyətdə bıçağın arxa hissəsi ilə Mirəhmədin
alın nahiyəsindən vurub. Nihad Xəlilov da öz növbəsində silah qismində istifadə
olunan əşyadan istifadə etməklə zərərçəkmişin qəsdən sağlamlığa ağır zərər
vurub.

Təqsirləndirilən şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən
saxlanılıblar.

Fuad Haqverdiyev və Neman Əfkarova qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah
qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq), Ramil
Dadaşova 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq
törədildikdə), Nihad Xəlilova isə 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma,
ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) vǝ 221.3-cü (silah qismində
istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham
irəli sürülüb.

Source link