Bakıda vətəndaşları işə düzəltmək adı altında DƏLƏDUZLUQ: 61 yaşlı şəxs həbs
edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Nəsimi Rayon Polis
İdarəsi əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında
keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 1963-cü il
təvəllüdlü Hicran Şeyxov tutulub.
Onun bir neçə şəxsin etimadından sui-istifadə etməklə müxtəlif dövlət
qurumlarında işə düzəlməkdə köməklik edəcəyinə dair yalan vədlər verərək
zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirdiyi müəyyən edilib.
H.Şeyxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə DİN-in “102 –
Zəng Mərkəzi”nə, eləcə də ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə
müraciət edə bilərlər.