fc2871b3-8afb-446f-a989-e44950f683d1..jpg

Bakıda vəzifəli şəxs qaynına bir rayonun pullarını oğurlatdırıb – TƏFƏRRÜAT

Baxış sayı: 741 dəfə baxılıb.

Bakıda vəzifəli şəxs qaynına bir rayonun pullarını oğurlatdırıb – TƏFƏRRÜAT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Sabunçu rayonunda “MilliÖn” terminallarından külli miqdarda oğurluq
hadisəsi baş verib.

“Qaynarinfo”nun məlumatına görə, aparılan araşdırma zamanı terminallardan
oğurluğu “MilliÖn”ün sözügedən rayon üzrə texniki direktoru Müseyib
İsgəndərzadənin qaynı tərəfindən törədildiyi məlum olub.

Uzun axtarışlardan sonra hadisəni törədən Murad Səfərov (ad-soyad şərti)
Dənizkənarı Milli Park ərazisində narkotik maddələrin istifadəsində şübhəli
bilinərək saxlanılıb. Tutulduqdan sonra onun axtarışda olduğu müəyyənləşib.

Məhkəmədə ifadəsində Murad hadisəni Müseyib İsgəndərzadənin və onun sinif
yoldaşı Yusif Məmmədlinin iştirakı ilə törətdiyini etiraf edib.
Təqsirləndirilən şəxs bildirib ki, bacısının əri sözügedən şirkətdə üç ildir,
texnik işləyir və Sabunçu rayonu üzrə “MilliÖn” terminallarının təmiri ilə
məşğul olub. Sözügedən terminalların açarları da onda imiş.

Murad kürəkəninin oğurluqla bağlı təklif verdiyini, əvvəlcə onunla
razılaşmadığını, ancaq sonradan buna “hə” dediyini bildirib. Nəticədə cinayəti
həyata keçirib. O, Müseyibə “MilliÖn” aparatlarının açarını verməyi təklif
edib. Məqsədi pulları Yusiflə birlikdə oğurlamaq olub. Müseyib buna razı olmasa
da, sonradan razılaşıb və aparatın açarını 27 fevral 2022-ci ildə ona verib.
Müseyib, həmçinin, ona deyib ki, açarla aparatın kassa hissəsini açandan sonra
həmin hissəni kəlbətinlə əysin ki, aparatın açarla deyil, sındırılmaqla
açılması görüntüsü yaransın.

Bundan sonra Murad kürəkənindən aldığı “MilliÖn” yazısı olan yapışdırıcı
kağızı köynəyinə yapışdıraraq, Sabunçuda müxtəlif ticarət mərkəzlərində
quraşdırılan terminallardan kasetlə birlikdə 30 min manatdan çox pul oğurlayıb.
Həmin pulları öz aralarında bölüblər.

Cinayətin üstü açıldıqdan sonra təqsirləndirilən şəxs hüquq-mühafizə
orqanlarından uzun müddət gizlənə bilib. Sonra Murad Dənizkənarı Milli Park
ərazisində saxlanılıb və üzərindən bir ədəd bükümdə narkotik vasitə olan heroin
aşkar edilib.

Məhkəmənin hökmü ilə Murad Səfərova iki il bir ay bir gün müddətinə azadlıqdan
məhrumetmə cəzası təyin edilib. O, məhkəmə zalında həbs olunub. Cinayətdə adı
hallanan digər şəxslərlə bağlı hər hansı bir məlumat yoxdur.

Source link