f93ef852-4931-4e35-9e5f-2b3762acc133..jpg

Bakıda vəzifəli şəxslərə qarşı cinayət işi başlanılıb

Baxış sayı: 860 dəfə baxılıb.

Bakıda vəzifəli şəxslərə qarşı cinayət işi başlanılıb

Bakıda vəzifəli şəxslərə qarşı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat yayıb.

“RT Ravel” MMC, “R.T.Group Akademiya” MMC və “Kale Dershanesi”, “Vish Travel”
MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş Prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai
istintaqı yekunlaşıb.

İstintaq zamanı “RT Ravel” MMC və “R.T.Group Akademiya” MMC-nin təsisçisi və
direktoru Rasim Məmmədovun “Kale Dershanesi” və “Vish Travel” MMC-nin təsisçisi
və direktoru Xəyal Yusubovla birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək
niyyəti olmadan xaricdə təhsil və iş vizalarının təşkili adı altında müxtəlif
şəxslərə məxsus ümumilikdə 164 min manatdan artıq pul vəsaitini ələ keçirmələri
və vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Rasim Məmmədov və Xəyal Yusubova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda
dələduzluq), 193.1 (yalançı sahibkarlıq) və 313-cü (vəzifə saxtakarlığı)
maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.

Source link