76fe05bb-f8a5-4dc6-b29c-cf2ec9a7b64d..jpg

Bakıda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu

Baxış sayı: 916 dəfə baxılıb.

Bakıda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata
keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz ağac kəsməni
rəsmiləşdirmək məqsədi ilə pul alan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa
edilib.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Baş prokurorluğun mətbuat
xidmətindən bildirilib.

Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin tərkibində olan Yaşıllaşdırma
Müəssisələrinin Baş İstehsalat İdarəsinin əməkdaşı Anar Abbasəliyev və
Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşı Natiq Abbasovun paytaxtda yerləşən
iaşə obyektlərinin ərazisindəki ağacların qanunsuz kəsilməsinə köməklik
göstərilməsi vədi ilə vətəndaşlardan pul almalarına əsaslı şübhələr müəyyən
edilib. Həmçinin, Natiq Abbasov tələb etdiyi pulun bir hissəsini alarkən,
cinayət başında yaxalanıb.

Hər iki fakt üzrə baş idarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işləri başlanıb.

Qeyd olunan şəxslərə Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə
etməklə dələduzluq), 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) və digər
maddələri ilə ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə vəzifədən
kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam
etdirilir.

Source link