Bakıda vəziyyəti pisləşən türkiyəli deputat İstanbula göndərilib

Bakıda vəziyyəti pisləşən türkiyəli deputat İstanbula göndərilib

Baxış sayı: 2. 720 dəfə baxılıb.

VI Qlobal Bakı Forumunda anidən vəziyyəti pisləşən MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu evə buraxılıb.

Bu haqda ÇıxışYolu.Com-ya Azərbaycanın Diasporla iş üzrə Dövlət komitəsinin sədr müavini Valeh Hacıyev məlumat verib.

O bildirib ki, E.İhsanoğlu ötən gün günorta saatlarında Türkiyəyə yola salınıb:

“Ekmeleddin İhsanoğlu dünən günorta saatlarında xəstəxanadan buraxılıb və Türkiyəyə yola salınıb. Səhhəti tam normaldır və gedərkən Azərbaycan səhiyyəsindən, dövlətimizin ona burada göstərdiyi qayğıdan razı olduğunu deyərək, təşəkkür edib”.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində anidən halı pisləşən türkiyəli deputat Ekmeleddin İhsanoğlu Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.

.
www.ÇıxışYolu.Com