56371300-8d08-4bb0-adac-80bb56cbc4a4..jpg

Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı

Baxış sayı: 595 dəfə baxılıb.

Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Avropa ölkələrinə iş vizası düzəltmək adı ilə vətəndaşları aldadan
şirkət rəhbərləri barəsində cinayət işi başladılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Cixisyolu.com-a bildirilib.

Qeyd olunub ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidmətindən və vətəndaşlardan daxil olmuş məlumatlar üzrə
aparılmış araşdırma əsasında “Recent Group” və “Area Alfa Group” Məhdud
Məsuliyyətli Cəmiyyətlərinin rəhbər vəzifəli şəxsləri barəsində Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaqla qeyd edilən hüquqi şəxslərin direktorları Sevinc Aslanova və Kamil
Curayevin Almaniya, Niderland, Slovakiya və başqa ölkələrə iş vizası və dəvəti
alınması, eləcə də digər növ məşğulluq məsələlərinin həllinə dair yalan vədlər
verməklə 2023-24-cü illər ərzində ayrı-ayrı vətəndaşlara məxsus müxtəlif
məbləğlərdə pul vəsaitlərini onların etibarından sui-istifadə edərək almalarına
dair əsaslı şübhələr müəyyən edilib.

Hazırda qeyd olunan bütün faktlar üzrə zərərçəkmiş şəxslərin dairəsi və
vurulmuş ziyanın məbləğinin tam müəyyən edilməsi istiqamətində istintaq
tədbirləri davam etdirilir.

Source link