d6a00abc-ce09-4fcf-b399-d010b4765635..jpg

Bakıda “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilib – FOTO

Baxış sayı: 854 dəfə baxılıb.

Bakıda “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində
beynəlxalq tədbir keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 18-də Bakıdakı hotellərdən birində “Xəzər-Avropa Birliyi Yaşıl Enerji
Dəhlizi” layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın
enerji qurumları arasında görüş keçirilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə “AzərEnerji” ASC məlumat yayıb.

Görüşdə “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev, Energetika nazirinin
müavini Elnur Sultanov, “Gürcüstan Dövlət Elektrik Sistemi” şirkətinin Baş
Direktoru George Gigineyşvili, Rumıniyanın “Transelectrica” şirkətinin İdarə
heyətinin üzvü Boqdan Tonsesku və Macarıstanın “MVM” Grupun nümayəndəsi Robert
Endreyterin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, “AzərEnerji” ASC-nin təşkilatçılığı ilə düzənlənən bu tədbir 17
dekabr 2022-ci il tarixində Buxarest şəhərində Azərbaycan, Gürcüstan, Rumıniya
və Macarıstan ölkələrinin dövlət və hökumət başçıları tərəfindən imzalanmış
“Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında
Saziş”in icrası istiqamətində keçirilib.

Sazişə əsasən, Xəzər dənizi üzərində və ətrafında yaradılacaq bərpa olunan
enerji mənbələrində istehsal olunan yaşıl enerjinin Azərbaycandan Gürcüstana,
oradan isə kabel xətti ilə Qara dənizin altından keçməklə Rumıniya və
Macarıstana, oradan isə Avropa Birliyi ölkələrinə ötürülməsi, bununla da
“Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin yaradılması tərəflər arasında
əsas prioritet olaraq qəbul olunub.

Sazişin icrası istiqamətində dörd ölkənin məsul nazirlərindən ibarət
yaradılmış Rəhbər Komitənin artıq beş iclası keçirilib. Budapeşt şəhərində
keçirilmiş son görüşdə növbəti addım olaraq Bakıda ötürücü qurumların arasında
Birgə Müəssisənin yaradılması məqsədi ilə görüşün təşkil edilməsi
razılaşdırılmışdır.

Bu xüsusda 18 dekabr tarixli tədbirin məqsədi tərəflərin məsul qurumları
arasında ilk işçi görüşün keçirilməsi və layihənin icrası ilə bağlı hüquqi və
digər praktiki aspektlərinin müzakirəsidir.

Görüşdə birgə müəssisənin yaradılması və layihənin davamı üçün yol xəritəsi
ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün razılaşma protokolu
imzalanıb və növbəti görüşün bu formatda Gürcüstanda keçirilməsi razılaşdırılıb.

Source link