90a5b6c3-71d3-4d90-8dfc-24fa821e51e0..jpg

Bakıda Xəzər dənizində qazma işlərinə dair konfrans başlayıb

Baxış sayı: 673 dəfə baxılıb.

Bakıda Xəzər dənizində qazma işlərinə dair konfrans başlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda SOCAR və Beynəlxalq Qazma Şirkətləri Assosiasiyasının təşkilatçılığı
ilə ikigünlük “Drilling Caspian” beynəlxalq konfransı başlayıb.

Bu barədə “Trend” agentliyi xəbər verib.

Tədbirdə SOCAR-ın Qazma İdarəsinin nümayəndəsi Asif Zəngi giriş təqdimatı ilə
çıxış edib.

Konfransda MENA-nın tədqiqat direktoru, “Rystad Energy Aditya Sapasvatt”, “GL
LTD”nin quyular və qazma üzrə direktoru David Triolo, SOCAR AQŞ, “Turan
Drilling and Engineering”in nümayəndələri və başqaları çıxış edəcəklər.

Konfransın məqsədi Xəzər dənizinin potensialını və karbohidrogen laylarının
məhsuldarlığını aydınlaşdırmaqdır. Konfransın ikinci günündə bp,
“Totalenergeis” və Xəzər regionunda fəaliyyət göstərən bir sıra digər
şirkətlərin nümayəndələri çıxış edəcəklər.

Tədbirdə çıxış edən “Offshore”, “KCA Deutag” şirkətinin prezidenti və “Turan
Drilling & Engineering” şirkətinin İdarə Heyətinin sədri Ole Mayer qeyd edib
ki, bu il Xəzər dənizinin Azərbaycan sektorunda şirkət bp üçün ACE qurğusundan
“Azəri-Çıraq-Günəşli”dən əlavə karbohidrogenlərin çıxarılması layihəsi
çərçivəsində neft hasilatına başlayacaq.

Daha sonra çıxış edən “Rystad Energy” şirkətinin nümayəndəsi 2050-ci ilə qədər
karbohidrogen hasilatı proqnozları və istixana qazlarının emissiyalarının
azaldılması üzrə BMT-nin Paris Sazişinə əsasən şirkətlərin iqlim öhdəlikləri
çərçivəsində qalıq yanacaq istehsalı ssenariləri haqqında hesabat təqdim edib.

Source link