4dbaf4a9-5d27-4f74-909a-fd14d36f0d9f..jpg

Bakıda xeyriyyə məqsədli “Qələbə qaçışı” başa çatıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 519 dəfə baxılıb.

Bakıda xeyriyyə məqsədli “Qələbə qaçışı” başa çatıb – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Vətən
müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunmuş xeyriyyə məqsədli “Qələbə
qaçışı” başa çatıb.

“Report” xəbər verir ki, Aleksandr Yadsenko 1, Toğrul Məmmədli 2, Bəxtiyar
Əsgərli isə 3-cü yerin sahibi olublar.

Qeyd edək ki, yarışda iştirak edən gənclər və idman naziri Fərid Qayıbov da
finiş xəttinə çatıb.

Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.

10:12

Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Vətən
müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunmuş “Qələbə qaçışı” adlı
növbəti xeyriyyə qaçışı başlayıb.

“Report” xəbər verir ki, “Qürurla irəli” şüarı ilə keçirilən qaçışa qoşulmaq
istəyənlər qeydiyyat zamanı xeyriyyə məqsədilə minimum 10 manat iştirakhaqqı
ödəyiblər. Toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl”
fəvvarəsinin yanından start götürüblər. Qaçış iki müxtəlif (5 km və 10 km)
məsafəni əhatə edir və 10 kilometr məsafədə finişə ilk çatan iştirakçılar qalib
elan ediləcəklər.

Qaçış çərçivəsində maraqlı tədbirlərin də təşkil olunacağı gözlənilir.

Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.

Source link