Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri qalxıb.
ÇıxışYolu.Com xəbər verir ki, 2018-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artıb.
Nəticədə ödənişli xidmətlərin dəyəri 1238,2 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 763,2 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətin ümumi dəyərinin 61,6 faizini təşkil edib.