e49779de-b88d-445e-b240-202c588dd4a2..jpg

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? – İDDİA + RƏSMİ CAVAB

Baxış sayı: 601 dəfə baxılıb.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? – İDDİA + RƏSMİ CAVAB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətəndaşlar ölkədə fəaliyyət göstərən “İST Petrol” yanacaqdoldurma
məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia
edirlər.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, videogörüntülərdə “İST Petrol” yanacaqdoldurma məntəqəsindəki plastik
butulkalara doldurulan yanacağın müxtəlif rənglərdə olduğu görünür. Sürücülər
anlaşılmazlığın səbəbini öyrənmək üçün yanacaqdoldurma məntəqəsinə gələrək
etiraz ediblər.

Yanacağa su qataraq vətəndaşların aldadıldığı iddia edilib.

“İST Petrol” yanacaqdoldurma məntəqəsi ilə bağlı irəli sürülən iddialara cavab
olaraq “SOCAR Petroleum” QSC-dənCixisyolu.com-a bildirilib ki, məsələ ilə bağlı
operativ şəkildə araşdırma aparılıb:

“Sözügedən problemlə bağlı rəsmi məlumatımız məsələ kütləvi informasiya
vasitəsində işıqlandırılmasında öncə hazırlanıb. Belə ki, “İST PETROL”
yanacaqdoldurma məntəqəsində satılan avtomobil yanacağı ilə bağlı sosial
şəbəkələrdə yayılmış informasiya ilə əlaqədar 11 aprel 2024-cü il tarixində
“İST Petrol” MMC rəhbərliyi tərəfindən qəbul edilən yanacağın keyfiyyəti ilə
bağlı narahatedici məlumat alan kimi məsələni nəzarətə götürülüb.

“SOCAR PETROLEUM” QSC üçün ən vacib məsələ müştəri məmnuniyyəti olduğundan
yaranmış texniki problem (“SOCAR PETROLEUM” QSC yə məxsus Neft terminalı
bazasında (çənə su sızması) nəticəsində sürücülərə dəymiş bütün maddi
məsuliyyəti öz üzərinə götürüb. Belə ki, 11 aprel 2024-cü il tarixdə “İST
Petrol” MMC-yə məxsus Əhmədli filialındakı yanacaqdoldurma məntəqəsindən bir
neçə saat ərzinda yanacaq dolduran sürücülərin problemləri qeydə alınmış və
onlarıın qısa müddət ərzində aradan qaldırılacağı bildirilib”.

Source link