0d729b03-3d55-46b3-be5c-12abe8c3fec3..jpg

Bakıda yanan evdən içində 1000 dollar olan seyf oğurlanıb

Baxış sayı: 553 dəfə baxılıb.

Bakıda yanan evdən içində 1000 dollar olan seyf oğurlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 13-də axşam saatlarında Şüvəlan qəsəbəsində yerləşən ikimərtəbəli
evlərin birində yanğın baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, nəticədə 150 kvadratmetr sahədə yanar konstruksiyalar yanıb.

Yanğın söndürüldükdən sonra evdən içərisində 1000 ABŞ dolları olan seyfin
oğurlanması aşkar edilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Əkbər Bəşirli müəyyən olunaraq
saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link