Bakıda yaşamış erməniəsilli qadın: “Miatsum” bizim həyatımızı məhv etdi” –
VİDEO
Bu gün müxtəlif ölkələrdə Azərbaycandan köçən ermənilərə rast gəlmək mümkündür.
Söhbət hələ illər əvvəl köçənlərdən gedir. Onların heç də hamısı Azərbaycana
sevgi ilə yanaşmır. Amma bəziləri də var ki, burada keçirdiyi illərin həsrətini
çəkir.
1988-ci ildə azərbaycanlılar Ermənistandan zorla qovulanda, ermənilər də
Azərbaycanı tərk edirdi. Özü də indiki kimi çox rahat şəkildə. Bakıdakı
həyatını qoyub gedənlərdən biri də Stella Mirakyan olub. O, hazırda Moskvada
yaşayır.
Stella Mirakyan Azərbaycanın İTV kanalının Rusiyadakı xüsusi müxbirinə
müsahibəsində azərbaycanlıların ermənilərə yaxşı münasibətini unutmadığını
deyir.
“Azərbaycanda bizim həyatımız çox yaxşı keçirdi, çox yaxşı yaşayırdıq,
işləyirdik. Hətta Sumqayıtda hadisələr baş verəndə belə biz bunu hiss
etməmişik. Qonşularımız o qədər yaxşı insanlar idilər ki…” – deyə
xatirələrini danışan Stella Mirakyan vurğulayıb.
O əlavə edib ki, əgər “Miatsum” ideyası olmasaydı, ermənilər bu gün də
Azərbaycanda yaşayardılar.
“Miatsum” hər şeyi məhv etdi”, – deyə Stella Mirakyan qeyd edib.
Ətraflı videosüjetdə: