0b5f9399-f5af-48ff-abd8-db421a473e84..jpg

Bakıda yaşayış binasında YANĞIN: 15 nəfər təxliyə edildi – VİDEO

Baxış sayı: 535 dəfə baxılıb.

Bakıda yaşayış binasında YANĞIN: 15 nəfər təxliyə edildi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Binəqədi rayonu, Mir Cəlal keçəsi 145 ünvanında yanğın baş verməsi
barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğınla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış
binasının 8-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər
bina sakini təxliyə olunub.

Source link