20203b70-e9a0-4f17-b469-af414c9c67af..jpg

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib – YENİLƏNİB + FOTO

Baxış sayı: 1. 170 dəfə baxılıb.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib –
YENİLƏNİB + FOTO

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi
120 kvadratmetr olan 3 otaqlı mənzilin mətbəxində 2 kvadratmetr sahədə mətbəx
mebeli, 1 ədəd aspirator, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qabyuyan maşın
yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

22:55

Bakda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, şəhərin Xətai rayonu, Gəncə prospektində yerləşən çoxmərtəbəli
yaşayış binasındakı mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin
yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə
məhdudlaşdırılaraq söndürülüb.

Source link