Bakıda yaşayış evi çökdü: Sakinlər sığınacaq tələb edirlər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası döngə 1-də
fərdi evlərin biri çöküb.
Ərazidə olan Suraxanı Rayon İcra Hakimiyyətinin birinci müavini sakinlərə
mənzili tərk etmələrini tövsiyə edib. Sakinlər isə İcra Hakimiyyəti
əməkdaşından sığınacaq tələb ediblər.
“Bizdə qonaqlama yeri yoxdur. Bu gün İcra Hakimiyyətinə yaxınlaşmalısınız.
Daha sonra Mənzil İnşaatı Dövlət Agentliyinə müraciət olunmalıdır. Hazırda
mümkün deyil”, – deyə İcra Hakimiyyətinin nümayəndəsi qeyd edib.
Ətraflı Baku TV-nin süjetində: