8c81f991-07c3-4d81-be8a-aae11204b0e4.jpg

Bakıda yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

Baxış sayı: 97 dəfə baxılıb.

Oktyabrın 12-də saat 18 radələrində paytaxtın Yasamal rayonu ərazisində
1960-ci il təvəllüdlü Əlövsət Səfərova kəsici alətlə xəsarətlər yetirməkdə
şübhəli bilinən 1967-ci təvəllüdlü Teymur Qulubəyov polis əməkdaşlarının
keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı
bildirib.

Faktla bağlı araşdırma aparılır.

10:48

Bakının Yasamal rayonunda 64 yaşlı kişi bıçaq xəsarətləri alıb.

APA xəbər verir ki, hadisə metronun “Elmlər Akamdemiyası” stansiyasının
yaxınlığında baş verib.

Belə ki, 1960-ci il təvəllüdlü Əlövsət Ənvər oğlu Səfərov naməlum şəxs
tərəfindən bıçaqlanıb.

Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb, xəstəxanaya
yerləşdirilib.

Source link