Bakıda törədilən dəhşətli qətlin üstü açılıb.
ÇıxışYolu.Com-ın məlumata görə, araşdırmalar nəticəsində 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovnanın gəlini Mədinə Şıxabdulova tərəfindən qətlə yetirildiyi məlum olub.
Gəlini onu məişət münaqişəsi zəminində başına butulka ilə vuraraq öldürüb.
Hadisəni törədən şəxs artıq saxlanılıb.
Qeyd edək ki, Telnova küçəsindəki mənzildə qadının üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Qəsdən adam öldürmə faktı ilə Azərbaycan CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Ramella İbrahimxəlilova