31e437ce-e54c-44d9-8771-056686807d53.jpg

Bakıda yeni asfaltlanan yol ÇÖKDÜ

Baxış sayı: 29 dəfə baxılıb.

Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yeni asfaltlanan yol çöküb.

Sakinlərin sözlərinə görə, ərazi yeni asfaltlanıbmış. Son günlər yağan aramsız
yağışlar asfaltı bu hala salıb. Lakin çökməyə səbəbin təkcə yağıntının olmadığı
iddia edilib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)
bildirilib ki, sözügedən ərazidəki problemə səbəb bir müddət əvvəl
kommunikasiya xətlərinin çəkilişi üçün aidiyyəti təşkilatların həyata
keçirdikləri qazıntıdır.

Qeyd olunub ki, bərpa işləri qısa müddətdə yekunlaşdırılacaq.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

Bakıda yeni asfaltlanan yol ÇÖKDÜ
Bakıda yeni asfaltlanan yol ÇÖKDÜ

Source link