d8f7660a-4c99-4753-8d89-6706435fbacb..jpg

Bakıda yeni Nəbatat Parkı yaradılacaq

Baxış sayı: 566 dəfə baxılıb.

Bakıda yeni Nəbatat Parkı yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xocahəsən gölünün yaxınlığında əsas yerli bitki növlərinin yetişdiriləcəyi və
köçəri su-bataqlıq quşlarının miqrasiya məskəni olacaq yeni Nəbatat Parkının
yaradılması nəzərdə tutulur.

APA-nın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş
planında əksini tapıb.

Qeyd edilib ki, Xocahəsən gölünün bərpa layihəsi Xocahəsən – Lökbatan hibrid
yaşıl dəhlizinin inkişafı üçün əlverişli şərait yaradır. Mövcud konsepsiyaya
gölün şimal hissəsində aparılan neft hasilatı işlərinin dayandırılması,
ərazilərin təmizlənməsi və kanalizasiya sisteminin yenidən qurulması daxildir.
Ərazinin nəqliyyat əlaqəsi mövcud dəmir yolu üzərində yerləşən sərnişin dəmir
yolu stansiyası vasitəsilə təmin ediləcək. Xocahəsən gölünün yaxınlığında əsas
yerli bitki növlərinin yetişdiriləcəyi və köçəri su-bataqlıq quşlarının
miqrasiya məskəni olacaq yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur. Qu
gölü ərazisi köçəri quş populyasıyalarının məskəni siyahısına daxildir. Bu
təbii sərvəti fəal şəkildə idarə etməklə, ərazidə turistik əhəmiyyətə malik
ornitoloji mərkəz yaradıla bilər. Bu baxımdan, ərazidə tətbiq olunan tipoloji
mühafizə parametrləri və ərazinin sanitar-mühafizə zonası əraziyə xas
xüsusiyyətlərin nəzərə alınması ilə yenidən nəzərdən keçirilməlidir: ekoloji
funksiyaların yerinə yetirilməsinin təmin edilməsi, o cümlədən təbii sahilyanı
ərazilər və su-bataqlıq sahələri yaratmaqla biomüxtəlifliyin çoxaldılması və
suyun keyfiyyətinin artırılması; müxtəlif, yüksək standartlara cavab verən və
maraqlı sahil ərazilərinin yaradılması. Buna yaşıllıqlardan və kiçik memarlıq
formalarından ibarət kompozisiyalarla təchiz edilən sahilyanı ərazilərin
yaradılması, ərazinin özünəməxsusluğunu ortaya qoyan nadir layihələndirmə
həlllərinin nəzərdə tutulması və müxtəlif passiv və aktiv istirahət
məkanlarının yaradılması ilə nail olmaq olar. Böyük şəhər parkı tipinə aid
edilən Xocahəsən gölü ətrafındakı parkda mövsümi və ya müvəqqəti tədbirlər,
avarçəkmə klubu kimi daimi fəaliyyətlər üçün imkanlar yaradıla bilər.

Source link