Bakının Buzovna qəsəbəsində 15 yaşlı oğlan itkin düşüb.
ÇıxışYolu.Com xəbər verir ki, həmin şəxsin qohumunun verdiyi məlumata görə, 28 noyabr 2002-ci ildə anadan olan Cəfərov Tariyel Vüqar oğlu aprelin 4-də axşam 8:00-da evdən çıxıb.
Yaşadığı Buzovna qəsəbəsi, Koroğlu küçəsindəki evdən qonşuya süd aparmaq üçün çıxan yeniyetmə geri qayıtmayıb.
Həmin uşağı görən şəxslərdən (012) 553-03-64 (Atası Cəfərov Vüqar Qərib oğlu) və ya Xəzər rayon Polis İdarəsinin (012) 454-02-02 nömrəsinə xəbər vermələri xahiş olunur.
![Bakıda yeniyetmə itkin düşüb - FOTO](https://cixisyolu.info/wp-content/uploads/2018/04/787d51db659965825ca6a0475880b7b0.jpg)
![Bakıda yeniyetmə itkin düşüb - FOTO](https://cixisyolu.info/wp-content/uploads/2018/04/74315c6a6f85a782d5edebca489ce187.jpg)