Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Yasamal rayonunda yeniyetmə qız çoxmərtəbəli binadan yıxılıb.
Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü M.Ə. Yasamal
rayonu, Ş.Mehdiyev küçəsində yerləşən binanın 5-ci mərtəbəsindən yıxılıb.
Müxtəlif bədən xəsarətləri alan 14 yaşlı qızın hazırda vəziyyətinin ağır
olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
Almaz Qasımova